Rusiyanın bu ərazisindən azərbaycanlılar deportasiya edildi
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində miqrasiya qanunlarını pozan azərbaycanlılar deportasiya olunublar.
Rossaprimavera.ru-nun xəbərinə görə, ötən gün ərzində ərazidən 25 miqrant çıxarılıb.
Onlar Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarıdır.
Ümumilikdə, ərazidən son 2 ay ərzində 157 əcnəbinin deportasiya edilərək, ölkələrinə göndərildiyi qeyd olunur.