Mərkəzi Elmi Kitabxana koronavirus təhlükəsinə görə BAĞLANDI
Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxuculara xidməti müvəqqəti dayandırıb.
MEK-dən Modern.az-a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.
Belə ki, kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb.