bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda 2 avtomobil tuneli istifadəyə verildi

13-03-2020, 22:41 144 dəfə baxılıb

Bakıda 2 avtomobil tuneli istifadəyə verildi
Bakıda iki yeni avtomobil tuneli istifadəyə verilib.

Axar.az-ın məlumatına görə, tunelin açılışında Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər.

Birinci tunel Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşir.

Tunelin uzunluğu 388, hündürlüyü 5,5, eni isə 13,5 metrdir.

Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün səki salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.

Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.

Tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınılığında, M.Ə.Sabir küçəsində yerləşir. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir.

Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunel belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb.

Bu tunelin tikintisinə isə ötən ilin mayından başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930