Koronavirusdan sağalanların sayı artıb
Bu vaxta qədər bütün dünyada koronavirusdan sağalanların sayı 330 mini ötüb.
"MediaPost" "Worldmeters" platformasına istinadla xəbər verir ki, beləliklə, dünya üzərində koronavirusa sağalanlar yoluxanlarla (1 milyon 500 mindən çox) müqayisədə 22 faiz təşkil edib.
İnfeksiyadan ən çox sağalma halı Çində qeydə alınıb. Belə ki, bu ölkədə koronavirusa yoluxanların95 faizi yəni 77 mindən çox insan sağalaraq evə buraxılıb.
Siyahıda növbəti yerləri İspaniya (48 min), Almaniya (46 min), İran (29 min), İtaliya (26 min), ABŞ ( 22 min) və Fransa (21 min) tutub.
Ölənlər (88 mindən çox) isə ümumi yoluxmaların təxminən 6 faizinə bərabər olub.