Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.
Qaynarinfo xəbər verir ki, Samid Abıyev uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.
Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.
2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasında isə onun üçüncü oğlu həyatını itirib.