bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polisin postlarda 50 AZN rüşvət alması iddiasına - DYP-dən AÇIQLAMA

14-04-2020, 14:07 112 dəfə baxılıb

Polisin postlarda 50 AZN rüşvət alması iddiasına - DYP-dən AÇIQLAMA
Bu gün Azərbaycanın müxtəlif ərazilərdində postlar qurulub. Postlarda avtomobillər yoxlanılır. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə vətəndaşlar müəyyən edilir və cəzalandırılır.

Sosial şəbəkələrdə, bəzi Kütləvi İnformasiya Vasitələrində isə yol polisinin sürücülərdən pul alaraq postdan buraxması barədə informasiyalar əks olunur. Bildirilir ki, guya postlarda insanlardan 50 manat alaraq buraxırlar.

Hətta Aslan İsmayılov da bu barədə öz "Facebook” səhifəsində yazmışdı ki, hansısa taksi sürücüsü yol polisinə pul verib. Lakin sonradan həmin hadisənin həqiqətə uyğun olmadığı bildirib və ona yalan məlumat verildiyini yazıb.

Yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, boş söz deməkdənsə, əllərində fakt varsa, həmin faktı polisə təqdim etsinlər.

Onun sözlərinə görə, indiyə qədər yol polisi haqqında şayiə yayanların sayı çox olub.
"Lakin heç kim bir dənə də olsun fakt təqdim edə bilməyib. Bir "Kamaz” sürücüsü də maşının üstünə yazıb qoymuşdu ki, "yol polisi pul alıb, maşınları buraxır.

Lakin mənimlə prinsip aparırlar”. Həmin sürücü də, tapıldı. Soruşduq ki, kim və harda pul alıb. Həmin adam da bildirdi ki, zarafca, elə-belə yazıb bu sözləri.

İnsanlar başa düşməlidirlər ki, zarafatla, bilərəkdən, kimlərinsə acığına, belə bir yalan məlumatlar yayırlar”, - deyə Kamran Əliyev bildirib.
Qurum rəsmisi deyir ki, belə şəxslərin məqsədinin nə olduğunu başa düşmək olmur.

"Onlar postlarda nəzarəti zəiflətmək istəyirlərmi? Yoxsa özləri üçün sərbəst hərəkət imkanı əldə etmək istəyirlər?

Bəlkə polisi xalqın gözündən salmaq fikirləri var? Başa düşmək olmur ki, bu insanların məqsədi nədir?”.

K.Əliyev deyir ki, belə hallar xidmət aparan yol polislərinə pis təsir edir:

"Polis 24 saat yolda xidmətdə olur. Onun xəstə ilə rastlaşmaq, virusa yoluxmaq riski də olur. Polisin də ailəsi, qohum-əqrabası, yaxınları var.
Onun da virusu evə aparıq, uşaqlarını yoluxdurmaq ehtimalı var.

Yəni bu insan sağlamlığı ilə riskli olaraq xidmət aparır. Amma kimsə onun xidmət etdiyi yerdə bilmədən, kiminsə boş sözünə, zarafatına görə şaiyə yayırsanş Bu insana çox pis təsir edir.

Bu insan da deyir ki, "mən küləyin, yağışın, tozun qabağında saatlarla xidmət aparıram. Mənim də qəlbimə toxunur ki, belə ağır xidmətimi niyə belə qiymətləndirirsən? Polis də olsa, belə hallar istər-istəməz ona da psixoloji olaraq mənfi təsir edir. O da istəmir ki, haqqında böhtan xarakterli yalan məlumatlar yayılsın”.

K.Əliyev onu da vurğulayıb ki, belə böhtan xarakterli xəbərləri yayanlar barədə də araşdırmalar aparılır. Qurum rəsmisi eyni zamanda əlində əsas olmadan şər informasiya yazan şəxslərə xəbərdarlıq edib:

"Ona görə də yalan xəbər yayan şəxsləri aşkar edirik. Əgər informasiya yayan adam dediyi sözü sübuta yetirə bilmirsə, əlində heç bir fakt olmadan boş yerə belə şaiyə yayıbsa, sözsüz ki, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur.

Məhkəmə də həmin şəxsin barəsində böhtan xarakterli informasiya yaymasına görə qanun çərçivəsində qərar çıxarır”.

Qeyd edək ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930