bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər - YENİLİK

14-04-2020, 18:31 52 dəfə baxılıb

Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər - YENİLİK
Azərbaycanda vətəndaşlıqla bağlı qanunvericilik dəyişdirilir.

Oxu.Az-ın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik Qanunun 10-cu maddəsi ilə bağlıdır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bildirilir ki, belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindən ikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2020-ci il may ayının 1-dən qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031