bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İşdən çıxarılan şöbə müdiri dələduz olub? – Nazirlik açıqladı

29-04-2020, 16:56 268 dəfə baxılıb

İşdən çıxarılan şöbə müdiri dələduz olub? – Nazirlik açıqladı
Ə. F.Qarayev adına uşaq xəstəxanasının şöbə müdiri işdən çıxarıldığı üçün xəstəxananı məhkəməyə verib.

“Yeni Sabah”ın məlumatına görə, laboratoriyanın şöbə müdiri işləmiş Əzizova Xanımcan Nüsrət qızı qanunsuz işdən çıxarıldığı üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib. Mülki iş araşdırılması üçün hakim Fərid Mədətlinin icraatına verilib.

Araşdırmalarımız zamanı məlum oldu ki, işdən çıxarılan Xanımcan Əzizova ayrı-ayrı şəxslərdən məktəbə, universitetə müəllim, akademiyaya tələbə, xəstəxanaya tibb işçisi düzəltmək adı müxtəlif məbləğlərdə pullar alıb, ancaq heç kimin problemlərini həll etməyib və aldığı pulu da qaytarmayıb.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, X. Əzizova haqqında daxil olan şikayətlərlə bağlı artıq Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmlara başlanılıb. Onun vətəndaşlardan 200 min manata yaxın pul alaraq qaytarmadığı iddia edilir. Həmçinin X.Əzizovanın müxtəlif banklardan və şəxslərdən pul götürərək qaytarmaması ilə bağlı məhkəmə qətnamələri də çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930