bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Həbs edilən icra başçıları YAP-dan çıxarılıb" - Deputat

7-05-2020, 10:39 208 dəfə baxılıb

"Həbs edilən icra başçıları YAP-dan çıxarılıb" - Deputat
"Barələrində həbs-qətimkan tədbiri seçilmiş icra başçıları vəzifədən azad edildikləri kimi "Yeni Azərbaycan" Partiyasının sıralarından da çıxarılıblar”.

Bunu Musavat.com-a açıqlamasında "Yeni Azərbaycan" Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

"Onlara qarşı irəli sürülmüş ittihamlar onu göstərir ki, həmin şəxsləri məhkəmə gözləyir. Bir mənalı olaraq cinayət məsuliyyətinə cəlb edilən şəxslər Yeni Azərbaycan Partiyasının sıralarından azad olunurlar. Partiya dərhal onlarla yolunu ayırır” - deyə Aydın Mirzəzadə qeyd edib.

Aydın Mirzəzadə onu da əlavə edib ki, işdən çıxarılan icra başçıları isə YAP sıralarından uzaqlaşdırılmır: "Bunu bir-birindən ayırmaq lazımdır. Sadəcə cinayət məsuliyyətinə cəlb edilənlər YAP sıralarından çıxarılır. Vəzifədən çıxarılan, vəzifəsi dəyişənlər partiyadan çıxarılmır”.

Xatırladaq ki, bu günə qədər həbs edilən icra başçılarının hamısı "Yeni Azərbaycan" Partiyasının üzvləri idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30