bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

3-cü “Jurnalist binası”nın mənzilləri yeni qayda ilə VERİLƏCƏK

8-05-2020, 13:32 125 dəfə baxılıb

3-cü “Jurnalist binası”nın mənzilləri yeni qayda ilə VERİLƏCƏK
Bu il aprel ayının 4-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi dəyişdi. Vüqar Səfərli Fondun İcraçı direktoru vəzifəsindən azad olundu, bu vəzifəyə Əhməd İsmayılov təyin edildi.

KİVDF rəhbərliyinin dəyişməsi mətbuatda gündəmə çevrilməklə bərabər, bu qurumun fəaliyyəti ilə bağlı müzakirələri də qızışdırdı. Ardınca Fondun yeni icraçı direktoru əvvəlki rəhbərliyin buraxdığı nöqsanları araşdırmağa başladı, cari heyəti qurumdan kənarlaşdırdı.

KİVDF-də rəhbərliyin dəyişməsi hazırda tikilməkdə olan 3-cü “Jurnalist binası”nın mənzillərinin hansı qaydada verilməsi, həmçinin fondun vəsaitlərinin xərclənməsi məsələlərini də aktuallaşdırıb.

Bu il iyul ayının 22-də - Azərbaycan Mətbuatının 145 illik yubiley günündə jurnalistlər üçün tikilən 3-cü binanın istifadəyə veriləcəyi gözlənilir. Bəs həmin binada mənzillər necə paylanacaq?

Qarşıdan gələn bayram ərəfəsində fərdi jurnalist yazıları müsabiqəsi elan olunacaqmı? Fond KİV layihələrini hansı qaydada maliyyələşdirəcək?

Modern.az-ın əməkdaşı bu suallara cavab almaq üçün KİVDF ilə əlaqə saxlayıb.

Fondun məlumat mərkəzindən saytımıza bildirilib ki, 3-cü binadakı mənzillərin verilmə qaydası, fərdi jurnalist yazıları müsabiqələrinin keçirilmə proseduru hələ ki dəqiqləşməyib.

Məlumatda o da qeyd edildi ki, yaxın vaxtlarda bütün prosedurlara aydınlıq gətiriləcək.

Bu isə o deməkdir ki, həm mənzillərin verilmə qaydası, həm də müsabiqələrin keçirilmə proseduru dəyişəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930