bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürüldü - YENİLƏNİB+VİDEO

12-05-2020, 10:14 255 dəfə baxılıb

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürüldü - YENİLƏNİB+VİDEO
“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev APA-ya bildirib.

O qeyd edib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib”.



00:42

“EuroHome” ticarət mərkəzində başlayan yanğın davam edir.

Oxu.Az xəbər verir ki, hadisə yerində olan FHN-nin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparırlar.

Hazırda Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.

Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.

11 may, 23:52

Bakının Binəqədi rayonunda “EuroHome” ticarət mərkəzində növbəti dəfə yanğın olub.

Oxu.Az xəbər verir ki, hazırda davam edən yanğının söndürülməsi üçün FHN-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Eyni zamanda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.



23:16

“EuroHome” tikinti materialları bazarı yanır.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30