bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb - SİYAHI

14-05-2020, 12:52 115 dəfə baxılıb

Azərbaycan Qran-prisinin yeni tarixi açıqlanıb - SİYAHI
“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Autosport” koronavirus pandemiyası üzündən hələ də başlamayan 2020-ci il mövsümünün təqvimini dərc edib.

İlkin təqvim “Formula-1”, “Formula-2” və “Formula-3” yarışlarını əhatə edir. 12 mərhələdən ibarət çempionatın Azərbaycan Qran-Prisinin vaxtı da açıqlanıb.

Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. “Autosport”un təqviminə əsasən hələlik yalnız “Formula-2”nin ölkəmizdə keçirilməsi dəqiqdir.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə əsasən təqvim dərc etmişdi. Azərbaycan Qran-Prisi həmin təqvimdə daha tez – sentyabrın 5-6-da təşkil olunacağı bildirilirdi.

4-5 iyul – Avstriya
11-12 iyul – Avstriya
25-26 iyul – Böyük Britaniya
1-2 avqust – Böyük Britaniya
8-9 avqust – Almaniya və ya İspaniya
22-23 avqust - Macarıstan
29-30 avqust – Belçika
5-6 sentyabr – İtaliya
19-20 sentyabr – Azərbaycan (hələlik yalnız “Formula-2”)
26-27 sentyabr – Rusiya (hələlik yalnız “Formula-2”)
5-6 dekabr – Bəhreyn
12-13 dekabr – BƏƏ.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30