bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan əhalisinə koronavirusla bağlı XƏBƏRDARLIQ: Müalicə üçün yer tapılmayacaq - VİDEO

17-05-2020, 12:12 74 dəfə baxılıb

''Karantin qaydaları yumşadıldıqdan sonra vətəndaşlar pandemiyanın qarşısını almaq üçün edilən tövsiyələrə əvvəlkindən daha çox əməl etməlidirlər. Çünki bu müddətdə virusa yoluxma halları daha sürətli ola bilər''.

Bizimlider.com xəbər verir ki, bu fikri ''Xəzər Xəbər''ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, küçələrdə insanların sayı çoxaldıqca təhlükə riski də artır.

Cəlal İsayev, xüsusilə də yaşı 65-dən yuxarı olan şəxslərə bu müddətdə çox diqqətli olmalarını tövsiyə edib. O qeyd edib ki, yaşlılar xüsusi risk qrupuna daxil olduqlarını unutmamalı və qoruyucu tədbirlərə maksimum riayət etməlidirlər.

Baş infeksionist cəmiyyətin edilən tövsiyələrə əməl etməyəcəyi təqdirdə, ölkəmizdə yoluxma hallarının kəskin şəkildə arta biləcəyini, hətta tikilən modul tipli xəstəxanalara baxmayaraq, əksər Avropa ölklərində olduğu kimi ölkəmizdə də xəstələri müalicə etmək üçün yerin tapıla bilməcəyini deyib. O, dünya təcrübəsində müşahidə edilən süni nəfəs aparatlarının yaşlı insanlardan çıxarılıb, gənc insanlara verilməsi hallarının yaşanmaması üçün insanları məsuliyyətli olmağa çağırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930