“Şahdağ Turizm Mərkəzi ” QSC-nin daim işbirliyi qurduğu MMC kimlərə bağlıdır? - ARAŞDIRMA
Bakıdan 230 kilometr şimalda yerləşən Qusar rayonundakı Şahdağ Turizm Mərkəzinini inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır.Prezident İlham Əliyevin 2015-ci il 10 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.Sözügedən nazirlikdə aparılan strukyur dəyişiklıklərindən sonra “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar siyahısına daxil edilmişdi. Bütün səhmləri dövlətə məxsus”Şahdağ Turizm Mərkəzi” QSC əsasən qış mövsümündə kanat yollarının və xizək yamaclarının,yay mövsümündə isə dağ əyləncələrinin fəaliyyətinin tənzimlənməsi, il boyu balansında olan hotellerin idarə edilməsi fəaliyyəti ilə məşğuldur.Məlum olduğu kimi turizmin respublikada inkişaf etdirilməsi məqsədi ilə buraya hər il kifayət qədər dövlət vəsaiti ayrılır.Bəs bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə necə nəzarət olunur?
Aktualinfo.org bu istiqamətdə apardığı araşdırmalarda maraqlı məlumatlar əldə edib.Qeyd edək ki,bu günlərdə, “Şahdağ Turizm Mərkəzi “Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bir neçə satınalma proseduru həyata keçirilib. Sərnişinlərin daşınması, nəqliyyatın, eləcə də əlavə ağır texnikanın icarəsi xidmətinin satın alınması üzrə keçirilmiş müsabiqədə “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyəti 15.05 2020-ci il tarixdə qalib elan olunub və tərəflər arasında 968968.8 manat dəyərində, nəqliyyat vasitələrinin təmir işlərinin satın alınması üzrə isə 130130.4 manat dəyərində müqavilələr bağlanmışdır ki, ümumi məbləğ bir milyon manatdan çox edir.
Apardığımız araşdırmalarda “Şahdağ Turizm Mərkəzi”Qapalı Səhmdar Cəmiyyəti 2019-cu ildə də STABİL-E” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə daxili vəsait hesabına nəqliyyat vasitələrinin təmiri işləri uzrə 27907, nəqliyyat vasitələrinin təmir işləri 19706 və sərnişinlərin daşınması, nəqliyyatın eləcə də əlavə ağır texnikanın icarəsi xidməti 278244 manat məbləğində müqavilələr bağlayıb.
Əvvəlki illərdə isə MMC ilə bağlanılan müqavilələr tərəflar arasında isti münasibətlərin olduğunu deməyə əsas verir. Belə ki,”Şahdağ Turizm Mərkəzi” QSC tərəfindən sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətləri üzrə 19.01.2018-ci il tarixində keçirildiyi açıq tender yekunlaşdırılmış və qiymətləndirilmişdir. Qalib şirkət Stabil-E MMC müəyyən edilmiş və 31.05.2018 satınalma müqaviləsi imzalanmışdır. Ümümi məbləğ 840 197,76 manat (Səkkiz yüz qırx min yüz doxsan yeddi manat,76 qəpik) təşkil edir.
“Xalq qəzeti”nin 14 sentyabr 2017-ci il tarixli nömrəsində Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tullantı konteynerlərinin satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyət qalib şirkət elan olunmuş və həmin təşkilatla 08.11.2017 müvafiq satınalma müqaviləsi bağlanılmışdır.
“Xalq qəzeti”nin 1 dekabr 2017-ci il tarixli nömrəsində Mədəniyyət və Turizm Nazirliyi “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin mövsümə uyğun olan nəqliyyat vasitələri üçün təkərlərin satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyət qalib şirkət elan olunmuş və həmin təşkilatla 29.12.2017 müvafiq satınalma müqaviləsi bağlanılmışdı
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyət 15.04.2011-ci ildə Şirvan şəhərində yerləşən 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, S.VURĞUN, ev 28, m. 36,qanuni təmsilçisi isə ANAR AĞAMALİ İMANVERDİ OĞLU göstərilmişdir.Mərkəzi Seçki Komissiyasının seçicilərin adbad siyahısına daxil edilmiş məlumatlarda Ağamali Anar İmanverdi oğlunun yuxarıda göstərilən ünvanda qeydiyyatda olmadığı göstərilir.
Digər tərəfdən isə Ağamali Anar İmanverdi oğlunun adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21.04.2020-ci il tarixә olan mәlumatına görə 2100822202 nömrəli VÖEN sahibi kimi fiziki şəxs olaraq koronavirus (COVİD-19) pandemiyası ilә әlaqәdar olaraq dövlәtdәn maliyyә dәstәyi almış fәrdi (mikro) sahibkarların siyahısına daxil edilmişdir.Qeydiyyat yeri bəlli olmayan bir şəxsin dövlətdən maliyyə dəstəyi alması maraqlıdır deyilmi?
Bununla belə apardığımız araşdırmalara görə “Stabil-E” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər ancaq “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş tenderlərin qalibi olub və bağlanmış müqavilələrə əsasən daha çox sərnişindaşıma xidməti göstərib.Barəsində heç bir məlumat tapılmayan “Stabil-E” MMC dəyəri yüz minlərlə ölçülən bu dövlət sifarişlərini hansı formada həyata keçirib. Yerli və xarici turistlərə yüksəy səviyyədə sərnişindaşıma xidməti göstərmək üçün bu MMC-nin maddi texniki bazası varmı? Tenderin sifarişçinin qoyduğu tələblərə diqqət yetirdikdə ortaya çox maraqlı mənzərələr çıxır. Belə ki, avtobus komfort (28-33 yerlik)Bakı-Şahdağ-Bakı, avtobus komfort 45-50 yerlik Bakı-Şahdağ-Bakı, avtobus komfort (28-33 yerlik)Qusar-Şahdağ-Qusar, sərnişindaşıma nəqliyyat vasitələri ilə birgə,ağır tonnajlı yük maşınları,kranlar və evaukatorlarla müxtəlif işlərin həyata keçirilməsini nəzərdə tutulur. Bu kimi xidmətləri həyata keçirməli olan bir MMC bütün növ avtomobillərdən ibarət böyük bir avtobazası olmalıdır. Amma 50 manat nizamnamə kapitalı olan “Stabil-E” MMC-nin belə bir avtobazaya sahib olması hardasa şübhəli görünür. Ən azından ona görə və yuxarıda qeyd etdiyimiz kimi MMC-nin internet resurslarında quru adından başqa heç bir məlumatın olmaması bunları deməyə əsas verir.
Digər maraqlı məqam isə “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Tender Komissiyasını belə bir MMC ilə uzun illər işirliyi qurmasındadır. Biz hələ “Stabil-E” MMC- nin maliyyə və vergi hesabatları barədə ciddi bir söyləyə bilmərək. Sözügedən MMC-nin qeyri-ciddiliyi turizmin inkişaf etdiyi dövrdə ən azından rəsmi bir veb-səhifəyə,hətta sosial şəbəkə hesabına malik olmamasından da görsənir.Amma göründüyü kimi “Şahdağ Turizm Mərkəzi” QSC isə “Stabil-E” MMC kimi qeyri-ciddi bir şirkətlə hər il külli miqdarda dəyəri olan dövlət sifarişlərini birgə həyata keçirir.
“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Mədəniyyət və Turizm Nazirliyinə tabe olduğu dövrlərdə də işbirliklərinin olması həm də ortaya əlavə suallar çıxarır. MMC-nin Mədəniyyət Nazirliyinin hansı yüksək çinliləri ilə əlaqəsi olub? Hazırda həbsdə olan Rafiq Bayramovun 2014- 2018 ci illərdə, nazirlikdə pillə-pillə vəzifələrə qalxdığı dönəmlərdə “Stabil-E” MMC ilə bağlılığı,işbirliyi olubmu? Dövlət Turizm Agentliyinin hazırki sədri Fuad Nağıyev son illər “Stabil-E” MMC ilə bağlanan müqavilələr barədə nə kimi açıqlamalar verə bilər? Bizi izləyin.
Aktualinfo.org