bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda atanın 11 yaşlı oğlunu başından bıçaqlaması ilə bağlı araşdırma başladı - RƏSMİ

27-05-2020, 19:47 118 dəfə baxılıb

Bakıda atanın 11 yaşlı oğlunu başından bıçaqlaması ilə bağlı araşdırma başladı - RƏSMİ
“Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı araşdırma başlanılıb”.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb:

“Hadisə ilə bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Hadisə ilə bağlı ilk məlumatı Report yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031