Bu gün daha 120 vətəndaşımız Rusiyadan vətənə qayıdır
Azərbaycan nümayəndə heyəti dünən Rusiyanın Dərbənd şəhərində olub.
Golos-vremeni.ru xəbər verir ki, heyət tərəfindən Rusiya-Azərbaycan sərhədində qalan azərbaycanlıların siyahısı dəqiqləşdirilib.
Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə yola düşür.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb. Azərbaycan hökuməti vətəndaşların ölkəyə qayıtmasını təmin edir.