bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Deputatdan əhaliyə çağırış: “Karantin rejimini pozmaqla kiminsə qatilinə çevriləcəyik”

19-06-2020, 22:19 187 dəfə baxılıb

Deputatdan əhaliyə çağırış: “Karantin rejimini pozmaqla kiminsə qatilinə çevriləcəyik”
Koronavirus pandemiyası ilə əlaqədar iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında mövzu ilə bağlı danışarkən deyib ki, karantin rejiminin uzadılması insanların komfortunu poza bilər.

Millət vəkili əlavə edib ki, sərt karantin rejimi həm də ən çox dövlət üçün narahatlıq yaradır.

“Sərt karantin rejimi dövlət üçün də ciddi problemdir. Amma dövlət məcburiyyətdən bu addımı atır. Bilirsiniz ki, xüsusi karantin rejimi zamanı Azərbaycanda koronavirusa yoluxma halı gündəlik 25-ə enmişdi. Amma indi üç rəqəmlidir”, - deyə B.Məhərrəmov bildirib.

Deputat hesab edir ki, dövləti narahat edən məqam yoluxma dinamikasının sürətlə artmasıdır:

“İspaniya, İtaliya, İran təcrübəsi var. Bilirsiniz ki, bu ölkələrdə koronavirusa yoluxma minlərlə insanın ölümünə səbəb oldu. Bütün bunların fonunda Azərbaycan dövlətinin addımları başadüşüləndir”.

Parlamentari əhalini səbirli, dözümlü olmağa çağırıb.

“Ortada hüquqi və əxlaqi məsələlər də var. Karantin rejiminə əməl etməməklə təkcə qanunu pozmuruq, eyni zamanda burada mənəvi öhdəlik də yaranır. Başa düşməliyik ki, biz karantin rejimini pozmaqla, həm də kiminsə qatilinə çevriləcəyik”.

Qeyd edək ki, Azərbaycanda 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930