Ötən il Bakı metrosunda 5,6 milyondan çox sərnişin daşınıb
“Bakı Metropoliteni” QSC üzrə 2019-cu ildə sərnişindaşıma planı 102,5 faiz yerinə
yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, il ərzində 224 milyon sərnişindaşıma planına qarşı 229,7 milyon sərnişin daşınıb. Bundan başqa, güzəştli şərtlərlə metro nəqliyyatından istifadə edən 6,9 milyon sərnişinin daşınması da həyata keçirilib.
Ümumilikdə, 236,6 milyon sərnişin yeraltı yollardan istifadə edib, ki, bu da keçən ilin
müvafiq dövrü ilə müqayisədə 5,6 milyon nəfər çoxdur.