bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA

27-06-2020, 18:24 509 dəfə baxılıb

Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
"Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxılıb”.

Bunu Oxu.Az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:

"Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.

Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:
"Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930