bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMM-dən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub

7-07-2020, 14:07 389 dəfə baxılıb

BMM-dən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət" verilişinin canlı yayımı Dövlət Akademik Opera və Balet Teatrının 100 illiyinə həsr olunub. Verilişdə teatrın keçdiyi yola nəzər salınıb. Canlı efirin qonaqları Əməkdar incəsənət xadimi , Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, teatrın solistləri Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Fərid Əliyev olub. Baş rejissor teatrın tarixi haqqında danışıb. Vurğulanıb ki, Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. Teatrın binası cəmi on ay ərzində - 1910 - 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Azərbaycanın opera və balet sənətində yaxşı olan hər şey burada mərkəzləşmişdir.

Canlı yayım solistlərin rəngarəng ifaları ilə yadda qalıb.

Qeyd edək ki, verilişin canlı yayımları həftə içi 5 gün BMM-dən efirə çıxır.

Şahin Babayev,
Bizimlider.com xəbər portalının redaksiya heyyətinin fəxri üzvü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031