bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şəkidə icra başçısının tapşırığı ilə reyd keçirildi

7-07-2020, 14:14 292 dəfə baxılıb

Şəkidə icra başçısının tapşırığı ilə reyd keçirildi
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Şəkidə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Şəkidə də bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun tapşırığına əsasən Şəki Şəhər icra hakimiyyətinin əməkdaşları, Qida Təhlükəsizliyi Agentliyinin Şəki Regional bölməsinin rəhbərliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, polis şöbəsinin əməkdaşları və Mərkəzi bazar rəhbərliyinin iştirakı ilə koronavirusa yoluxma riski daha çox olan mərkəzi bazarda səhər saat 7-dən başlayaraq reyd həyata keçirilib.

Reyd zamanı karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi ilə yerində tanış olmuş və bazar ərazisində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan satıcılar və alıcılar ilə maarifləndirici söhbətlər aparılmışdır. Reyd zamanı bazar ərazisində bir sıra neqativ hallar: ət satışı yerində köhnəlmiş, yararsız tənzifdən istifadə olunması, bazar ərazisində satıçıların özünü və qarşısındakını qorumaq üçün yox, sadəcə göstərmək naminə könhə, istifadəyə yararsız tibbi maskalardan istifadə etmələri, əksər hallarda maskaların qaydalara uyğun formada taxılmaması, bazar ərazisində sosial məsafənin saxlanmaması kimi faktlar aşkar edilmiş və bütün bunlar qayda pozuntusu kimi satıcıların, bazar rəhbərliyinin, Qida təhlükəsizliyi və polis əməkdaşlarının diqqətinə çatdırılıb.

Keçrilən reyddən sonra rayon rəhbərliyinin iştirakı ilə müzakirələr aparılmış, gündəlik olaraq bazar ərazisində İcra Hakimiyyəti, Rayon Polis şöbəsi, Qida təhlükəsizliyi Agentliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq idarəsi əməkdaşlarının da iştirakı ilə birgə reydlərin təşkil edilməsi, nəzarətin daha da gücləndirilməsi bir tapşırıq olaraq qarşıya qoyulub.

Hazırda səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə şəhər ərazisində maarifləndirici təbliğat işi aparılır.

Təbriz Əhmədov,
Şəki rayon üzrə bölgə müxbiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930