bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda Tunc dövründən qalan qəsəbə - VİDEO

7-07-2020, 15:49 353 dəfə baxılıb

Bakıda Tunc dövründən qalan qəsəbə - VİDEO
Digah Abşeron rayonunun inzibati ərazi vahidləri arasında şəhər tipli qəsəbədir.

Rayonun Məhəmmədi və Fatmayı kəndləri ilə qonşu olan Digah qəsəbəsinin tarixi hələ də tam öyrənilməyib. Lakin bu ərazidə olan abidələr yaşayış məntəqəsinin qədim tarixindən xəbər verir.

Qəsəbənin adının mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birincisi, yüksək, suvarılmayan yer, ikincisi isə iki təpə arasında olan yer, məkan və ya kənd mənasındadır.

Ərazisi 417 hektar, əhalisi isə 12 000 nəfərdir. Qəsəbədə bir tam orta məktəb, bir körpələr evi, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub və digər obyektlər mövcuddur.

Digahda Tunc dövrünə aid göl də var. Qəsəbə, əsasən, tərəkəmə türk tayfasının qədim sakinlərindən ibarətdir. Daha sonra buraya müxtəlif ərazilərdən, o cümlədən, Cənubi Azərbaycandan insanlar gəlməyə başlayıb.

Hazırda Digahda Şahsevərlər məhəlləsi də var. Aparılan araşdırmalar nəticəsində qəsəbə ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunub. Digahın qədimliyini ərazidə XIV əsrə aid məscid və türbələrin olması da təsdiqləyir.

Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Digah qəsəbəsi də 1918-ci ildə erməni işğalçılarının hücumuna məruz qalıb. Türklərin gəlişi ilə ərazi ermənilərdən təmizlənib. Digahda döyüşmüş və şəhid olmuş türk hərbçilərinin qəbirləri olan ərazi abadlaşdırılıb.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkisafi dövlət proqramı”na uyğun olaraq, ölkənin hər yerində olduğu kimi, Digah qəsəbəsində də geniş və hərtərəfli abadlıq-quruculuq işləri aparılıb.

Qəsəbə özündə böyük inkişafı birləşdirib, desək, heç də yanılmarıq. Qəsəbədə bir vaxtlar gecələr qaranlıq olan mərkəzi küçələrin işıqlandırılması istiqamətində işlərə başlanılıb. Digah qəsəbəsində mövcud olan və 1941-1945-ci illərdə həlak olanların xatirəsinə ucaldılan abidənin bərpasına başlanılacaq. Bunun üçün artıq abidənin yeni layihəsi də hazırlanıb.

Qeyd edək ki, görülən işlərin tərkib hissəsi kimi, qəsəbənin daxili yollarının kənarlarına bölgələrdən gətirilən bəzəkli çay daşları vurulub. Dövlət başçısının tapşırıqlarına əsasən, qəsəbədə aparılan quruculuq işləri davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930