bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir

4-09-2020, 11:40 352 dəfə baxılıb

Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir
Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi başlanılıb.

Report xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.

Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.

Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəyə təxliyəsi təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30