bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Deputatlar xaricdən mal sifariş etdilər

23-09-2020, 11:55 124 dəfə baxılıb

Deputatlar xaricdən mal sifariş etdilər
Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər.

Bizimlider.com xəbər verir ki, bu barədə "Report”a açıqlamasında həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

"Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Həmin qərarda qoyulan həddən artıq mal gətiriləndə isə 36 faiz rüsum ödəniləcək. Biz deputatlar təklif edirik ki, orada göstərilən 36 faiz 15-ə endirilsin”.
O, mal sifariş verən digər deputatların adlarını açıqlamayıb.

Maraqlıdır, deputat Rüfət Quliyev özü hansı malları sifariş edib? R.Quliyev bu suala "Sifariş etdiyim mallar barədə məlumat verə bilmərəm" - deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30