"Dünya bilsin ki, Azərbaycan üçün bütün danışıqlar bitdi" - AÇIQLAMA
A.METS: “ERMƏNİLƏRİ YAXŞICA KÖTƏKLƏMƏK VƏ LAZIM OLAN İŞİ GÖRMƏYƏ MƏCBUR ETMƏK LAZIMDIR”
Rusiyanın təşəbbüsü ilə oktyabrın 9-10-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirləri arasında keçirilən son dərəcə gərgin görüşün yekununda humanitar atəşkəslə bağlı bəyanat qəbul edildi.
Azərbaycan öz sülhpərvər mövqeyini bir daha ortaya qoydu, cəbhədə mütləq hərbi və psixoloji üstünlüyə malik ola-ola beynəlxalq təşkilatların, bir sıra dövlətlərin çağırışı, xüsusilə qonşu Rusiyanın təkidi və Ermənistanın yalvarışları ilə atəşkəsə “hə” dedi.
Heç bir saat keçməmiş erməni tərəfi atəşkəsi pozdu, elə həmin gün ermənilər Azərbaycan ordusunun Hadrut, Suqovuşan və Cəbrayıl istiqamətlərindəki döyüş mövqelərinə yeni hücumlar etdilər və gecə saat 2 radələrində Gəncə şəhərinin yaşayış binalarını vəhşicəsinə raket atəşinə tutdular.
Maraqlıdır, “atəşkəs” deyib yalvaran erməni bəs indi niyə atəşkəsə əməl etmir? Məsələ ondadır ki, erməniyə atəşkəs lazım deyildi, ermənilər gözləyirdi ki, Azərbaycan bu atəşkəsə “yox” deyəcək və onlar da Azərbaycanın beynəlxalq imicinə “antihumanist ölkə” çamuru atmaq fürsəti qazanacaqlar. Lakin ermənilərin niyyəti baş tutmadı.
O ki qaldı Azərbaycanın “humanitar atəşkəsə” “hə” deməklə qazanacağı beynəlxalq siyasi dividentə, ermənilər bundan qətiyyən narahat deyillər. Çünki bilirlər ki, 30 il ərzində Azərbaycanın haqq səsini eşitməyən, Azərbaycan həqiqətlərinə lal, kar və kor olan ermənipərəst Qərb, o cümlədən BMT, ATƏT kimi təşkilatlar bu dəfə də Azərbaycanın bu sülhpərvər addımına laqeyd qalacaqlar.
Beləliklə, son hadisələrdən çıxan nəticə nədən ibarətdir?
Birinci nəticə ondan ibarətdir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov etiraf etməlidir ki, ermənilər artıq Moskvanı saymır və başqa qüvvələr tərəfindən idarə olunur.
İkinci nəticə ondan ibarətdir ki, Qərb ermənilərin əli ilə Rusiyanı Cənubi Qafqazda dünya müharibəsinə cəlb etməkdə və bu yolla müharibə alovunun Rusiyanın içərisinə sıçraması ilə Rusiyanı içəridən dağıtmaqda israrlıdır. Çox güman ki, Rusiya xarici siyasət idarəsindəki erməni əsilli “ruslar” və Qərbin Rusiyanın hərbi-siyasi rəhbərliyinə yerləşdirdiyi agentura şəbəkəsi də buna xidmət edir.
Üçüncü nəticə ondan ibarətdir ki, kim güman edirsə ki, erməni danışıqlar yolu ilə işğal etdiyi torpaqları azad edəcək, demək, o, ermənini tanımır. Azərbaycan ictimaiyyəti birdəfəlik bilsin ki, erməni öz xoşu ilə bir qarış torpağımızı da geri qaytarmayacaq. Millətin xarakteri bir gündə, bir ildə formalaşmır, tarix boyu formalaşır. A.Mets özünün “Müsəlman renessansı” kitabının (1973) 144-cü səhifəsində nahaq yerə yazmayıb:
“Ermənilər ağ dərililər içərisində ən pis kölələrdir… Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bil ki, bunun səbəbi zəiflikdə yox, tənbəllikdən həzz almalarındadır. Bu zaman onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir.”
A.Metsin sözlərinə bir sübut: Qarabağın erməni terrorçubaşı Arayik Harutunyanın əmri ilə gecə Gəncənin dinc əhalisi atəşə tutulub, insanlar vəhşicəsinə qətlə yetirilib, gündüz bu şərəfsiz bəyanat verir ki, Rusiya və ATƏT-in Minsk qupu atəşkəsi təmin etməsə, Qarabağda Vətən müharibəsi elan edəcəm. İndi özünüz qərar verin, bu erməni tulasındanmı torpaq dilənəcəyik?!
Yekun nəticə belədir: dünya bilsin ki, Azərbaycan üçün bütün danışıqlar bitmişdir! Müharibənin gedişindən və nəticəsindən asılı olmayaraq Azərbaycan xalqı özünün Xilaskar Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanaraq, ona güvənərək Vətənimizin son qarış torpağını düşməndən azad edənə qədər vuruşacaqdır! Əgər müharibə son ana qədər davam edəcəksə, bu, ermənilərin gələcəkdə azərbaycanlılarla dinc yanaşı yaşamaq şansını sıfıra endirəcəkdir. Bunu Ermənistan da, ermənilər də birdəfəlik bilsin!
Hələ kəsilməmiş qulaqlarında həmişəlik sırğa eləsinlər ki, Qarabağ Azərbaycandır!
Əziz Ələkbərli,
Milli Məclisin deputatı