bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB

26-10-2020, 13:05 155 dəfə baxılıb

Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonsevlə vida mərasimi başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, o, İkinci Fəxri xiyabanda dəfn ediləcək.

***

Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib.

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".

***

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilir.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.


Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO + YENİLƏNİB






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031