Bakıda həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edildi - VİDEO
Sabunçu rayonunda Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edilib.
Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zabrat qəsəbəsində yerləşən marketlərdən birində yerləşən dönərxananın fəaliyyət göstərdiyi məlum olub.
Polislər tərəfindən həmin obyektin icarədarı paytaxt sakini İbrahim Novruzov, eləcə də orada işləyən Bakı şəhər sakinləri Tahir Eminov, Xəyal İsgəndərov, Ağasif İbrahimov və Ramin Məmmədəliyev barəsində inzibati protokol tərtib edilib. Adları çəkilən şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 400 manat cərimə ediliblər.