bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Polis özünə ad günü keçirən məktəb direktorunu cəzalandırdı

23-12-2020, 12:08 168 dəfə baxılıb

Polis özünə ad günü keçirən məktəb direktorunu cəzalandırdı
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, fakt təsdiqini tapıb.

Qeyd edilib ki, N.Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfərə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar yazılıb.

Xatırladaq ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930