Azərbaycanda daha bir zəlzələ
Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqəlində isə 3 bala qədər hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.