bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayan özəl xəstəxanaların sayı 69-a çatıb

19-07-2022, 13:03 49 dəfə baxılıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayan özəl xəstəxanaların sayı 69-a çatıb


Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib.

BizimLider.com xəbər verir ki, bunu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, hazırda belə müəssisələrin sayı 69-a çatıb.

A.Əhmədova bildirib ki, müqavilə bağlanılan tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Xatırladaq ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu zaman müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30