bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb

3-08-2022, 15:44 48 dəfə baxılıb

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

BizimLider.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla ““www.azexport.az” internet portalı haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.



Prezident: Bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır
Dövlət başçısı: Göygölün Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu var
İqtisadiyyat nazirinə yeni vəzifə həvalə olunub
Ətraflı
Fərmana əsasən, “www.azexport.az” internet portalının fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar və “ASAN imza” sertifikatının verilməsi ilə bağlı informasiyalar portala inteqrasiya ediləcək.

Eyni zamanda, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərmana dəyişiklik edilib. Dəyişikliklə İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin edəcək. Həmçinin, Nazirliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirmək tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930