Bakıda maaşlar 13%-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 827,4 manat təşkil edib.