Tramp Polşa səfərini ləğv etdi
ABŞ Prezidenti Donald Tramp Florida ştatında gözlənilən dağıdıcı Dorian qasırğası səbəbindən Polşa səfərini ləğv edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Polşa Prezidenti Andjey Duda ilə danışdığını bildirən Ağ Ev rəhbəri Vaşinqtonda qalaraq hökumətin bütün qüvvələrinin fırtına ilə mübarizəsindən əmin olmaq istədiyini bildirib.
Qasırğanın həftəsonu Florida və Corciya ştatlarına çatacağı deyilir.
Xatırladaq ki, Amerika lideri İkinci Dünya müharibəsinin başlamasının ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməli idi. Onun əvəzinə Polşaya vitse-prezident Mayk Pens gedəcək.