bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tədqiqatçılardan Ay haqqında yeni kəşf

7-09-2024, 20:44 0 dəfə baxılıb





Çinli tədqiqatçılar təqribən 120 milyon il əvvəl Ayda vulkanik fəaliyyətin olduğunu müəyyən ediblər.

Paytaxt Pekində Çin Elmlər Akademiyasının alimləri Aydan toplanan nümunələri araşdırıblar.

Tədqiqatçılar nümunələrin kükürd izotopları və kimyəvi quruluşlarına görə vulkan şüşəsi olduğunu bildiriblər. Onlar bu nümunələrin elementar quruluşda Apollon missiyasının gətirdiyi nümunələrdəki vulkanik şüşələrə bənzədiyini əlavə ediblər.

Bu nümunələrin 4,6 milyard il yaşı olan Ayın varlığının böyük bir hissəsində vulkanik olaraq aktiv olduğunu göstərdiyi qeyd edilib.

Araşdırma "Science" jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930