Gürcüstanın Baş naziri bu gün istefa verə bilər
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin istefa verəcəyi gözlənilir.
M.Baxtadzenin sentyabrın 2-si saat 15:00-da bununla bağlı bəyanat verəcəyi bildirilir.
Qeyri-rəsmi məlumatlara əsasən, ölkənin yeni Baş naziri hazırkı Daxili İşlər naziri Giorgi Qaxaria olacaq.
Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin ediləcək.