bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gürcüstan baş naziri: "Ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldıq"

17-12-2024, 15:17 2 dəfə baxılıb

 

"Gürcü Arzusu Partiyası ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldı".

Oxu.Az-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze ölkədə etiraz aksiyası iştirakçılarının fəallığının azalmasından danışarkən deyib.

"Radikal müxalifət güc resurslarını itirdi. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını aldıq - 800 nəfər (bir gün əvvəlki aksiyada iştirak ediblər). 4 siyasi partiya və 10-dan çox varlı QHT - bunlar Rustaveli prospektində heç 800 nəfəri də yığa bilmirlər. İtalyanların dediyi kimi, "finita la komediya" - hər şey bitdi", - deyə Kobaxidze bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031