Rusiyada general-leytenantın və köməkçisinin öldüyü dəhşətli partlayışın GÖRÜNTÜLƏRİ
Moskvada rusiyalı general-leytenant İqor Kirillovun ölümü ilə nəticələnən partlayış anını əks etdirən görüntülər yayılıb.
Oxu.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, kadrlar yaxınlıqda park edilmiş avtomobilin qeydiyyat kamerası ilə çəkilib.
Həmin avtomobilin kirayə götürüldüyü ehtimal olunur.
O da vurğulanır ki, görüntülər ilk olaraq Ukraynanın "Telegram" kanallarında yayılıb.