Çilidə turist kateri batıb: Ölənlər var
Çilinin cənubunda turist katerinin batması nəticəsində 7 nəfər ölüb.
Bizimlider-in xəbərinə görə, bu barədə Osorno şəhərinin prokuroru Mariya Anjelika de Miqel məlumat verib.
Məlumata görə, kater təyinat limanından beş kilometr aralıda çevrilib.
Prokuror bildirib ki, ilkin versiyaya görə, faciə artıq yüklənmə səbəbindən baş verib, çünki katerin tutumunun 25 nəfər olmasına baxmayaraq, göyərtəsində otuza yaxın sərnişin olub. Bundan əlavə, qoruyucu vasitələrin çatışmazlığı və qəzanın güclü yağış zamanı baş verdiyi də qeyd edilib.
Səyahət zamanı kapitan əlavə sərnişinlərə göyərtəyə minməsinə icazə verib və bəzi sağ qalanların verdikləri ifadələrə görə, onlar katerin damında oturublar.
O, fövqəladə vəziyyətdə dəstək olacaq kapitan köməkçisinin olmadığını da vurğulayıb.
İstintaq polisi katerin kapitanı Rodriqo Paylapiçunu həbs edib və ona qarşı rəsmi ittiham irəli sürüləcək.