bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vaşinqton hava limanında helikopterlərin təhlükəli manevri heyrətlə qarşılanıb

31-01-2025, 14:00 0 dəfə baxılıb

 Bir neçə gün əvvəl Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında çəkilən video internetdə böyük marağa səbəb olub.

Bizimlider xəbər verir ki, video "X" sosial şəbəkəsində Birləşmiş Ştatlar vətəndaşı Kayl Salevski tərəfindən paylaşılıb.

O iddia edir ki, hadisə ötən gün baş vermiş qəzadan altı gün əvvəl qeydə alınıb.

Görüntüdə iki helikopterin uçuş-enmə zolağına yaxınlaşarkən bir-birinə çox yaxın məsafədə uçduğu, bununla da təhlükəli anlar yaşandığı əks olunub.

Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, yanvarın 30-da Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hadisə nəticəsində təyyarədə olan 64 nəfərin hamısı həlak olub, həmçinin helikopterdə olan üç hərbçinin hamısı həyatını itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031