ABŞ dövlət katibi: "Baydenin Kiyev siyasəti Ukraynanı 100 il geri saldı"
"Co Bayden administrasiyasının Rusiya ilə münaqişədə Ukraynaya maliyyə dəstəyi səhv hesablanmış addım olub".
Bizimlider-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio amerikalı jurnalist Meqin Kelliyə müsahibəsində bildirib.
Onun sözlərinə görə, demokratlar indi başa düşürlər ki, bu "dalana dirənən" maliyyələşmədir, hətta bəlkə də dalana düşməkdən daha pisdir.
Rubio izah edib ki, əvvəlki administrasiya insanları hansı yollasa Ukraynanın nəinki qalib gələcəyinə, həm də Rusiyanı məhv edə biləcəyinə inandırıb.
"Lakin nəticədə Ukrayna 100 il geriyə düşdü, energetikası məhv oldu, bir çox ukraynalı başqa ölkələrə köçdü və bəlkə də heç vaxt geri qayıtmayacaq. Bu isə ölkənin gələcəyini təhlükə altına alır", - deyə o bildirib.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, hazırkı ABŞ Prezidenti Donald Trampın fikrincə, bu uzanmış münaqişəni başa çatdırmaq lazımdır.
"Danışıqlar aparılmalıdır və müzakirələrdə münaqişənin hər iki tərəfi nələrdənsə imtina etməlidir", - deyə Rubio bildirib.
O əlavə edib ki, buna yalnız Prezident Trampın rəhbərliyi altında ABŞ nail ola bilər və o, bunu etməyə qərarlıdır.