bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyədə qəribə olay: Futbol hakimi qumarxanada görüntüləndi

11-02-2025, 17:00 0 dəfə baxılıb

 Qumarxanada görüntüləri yayılan 38 yaşlı türkiyəli ədalət təmsilçisi Yaşar Kamal Uğurlu hakimlik karyerasını bu səbəbdən başa vurub.

Bizimlider "SporX"ə istinadən xəbər verir ki, hakimin şəkilləri Türkiyə Mərkəzi Hakim Komitəsinə göndərilib, bu görüntülərin real olduğu təsdiqləndikdən sonra Yaşar Kemal Uğurlu karyerasını bitirib.

Daha öncə baş verənlərin pərdə arxasını ortaya çıxaran Türkiyə mediasının iddiasına görə, Mərkəzi Hakim Komitəsindən Yaşar Uğurluya bildirilib: "Bu, sənin şəxsi həyatındır, biz qarışa bilmərik. Amma qaldığın hoteldəki bütün ödənişlərin sənə aid olmasına dair sənəd təqdim etmək məcburiyyətindəsən, əks halda polis orqanları tərəfindən saxlanılacaqsan və məsələ araşdırılacaq".

Yaşar Uğurlu bunu isbat edə bilmədiyi üçün isə karyerasını bitirmək məcburiyyətində qalıb.

Bu hadisədən sonra, Türkiyə Superliqasında çıxış edən komandalar Mərkəzi Hakimlər Komitəsindən iclas keçirilməsini və məsələ ilə bağlı açıqlama verilməsini tələb ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031