bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı

11-02-2025, 19:00 1 dəfə baxılıb

 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb. 

Bizimlider-in əldə etdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.

Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728