bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada sahildən ayrılan buzun üstündə qalan balıqçılar xilas edildilər

12-02-2025, 10:00 0 dəfə baxılıb

 Oxot dənizində sahildən ayrılan buzun üstündə qalan bütün balıqçılar təxliyə ediliblər.

Bizimlider-ın məlumatına görə, bu barədə Saxalin FHN idarəsi məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 139 nəfər xilas edilib.

"FHN helikopteri ilə 44 nəfər və qayıqları ilə 32 nəfər, könüllülərin qayıqları ilə isə 63 nəfər təxliyə edilib. Digər insanlar sahilə müstəqil çıxıblar", - deyə məlumatda vurğulanıb.

Rusiyanın Saxalin adasında 300 balıqçı sahildən ayrılan buzun üstündə qalıblar.

Bizimlider-in verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər, texniki vasitələr və "Mi-8" helikopteri göndərilib.

Hazırda Rusiya FHN əməkdaşları buzlaq üzərində ilişib qalan balıqçılardan azı 109 nəfərini xilas ediblər: 44 nəfər "Mi-8" helikopteri ilə buzlaqdan götürülüb, daha 65 nəfər isə qayıqlarla təxliyə edilib.

Lakin balıqçılardan bəziləri ovlarını götürmədən təhlükəli zonadan çıxmaqdan imtina edirlər. Rusiya FHN-nin xilasediciləri onları həyatlarının təhlükədə olduğuna inandırmağa çalışırlar, lakin balıqçılar inadkarlıq edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728