bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi

19-02-2025, 10:30 0 dəfə baxılıb

 "Lock, Stock and Two Smoking Barrels" və "The Long Good Friday" filmlərindəki rolları ilə məşhurlaşan britaniyalı aktyor Pol Hyu Moriarti 86 yaşında vəfat edib.

Bizimlider xəbər verir ki, bu barədə "Orchid Cancer" xeyriyyə təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, sənətçi fevralın 2-də vəfat etsə də, onun ölümü yalnız indi məlum olub.

Moriarti televiziyada debütünü 1978-ci ildə "Law&Order" serialında edib və "Chinese Detective" və "The Paradise Club" filmlərində rol alıb.

Aktyor "The Long Good Friday" (1980) filmindəki "Razors" rolu ilə məşhurlaşıb. Moriarti daha sonra Qay Riçinin cinayət trilleri "Lock, Stock and Two Smoking Barrels" (1998) filmində "Balta Harri" rolunu oynayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728