bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI

19-02-2025, 19:30 0 dəfə baxılıb

 "Qazaxıstan hökuməti Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri haqqında yekun hesabatı 2025-ci ilin dekabrına qədər tamamlamalıdır".

Bizimlider-ın nur.kz-a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

O qeyd edib ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) tələblərinə və tövsiyə olunan təcrübə standartlarına əsasən araşdırma müddəti bir ildir.

"Müvafiq olaraq, cari ilin dekabrına qədər Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə yekun hesabat tamamlanmalıdır", - deyə Lastayev təyyarə qəzasının araşdırılması müddəti ilə bağlı suala cavab verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728