bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ

25-02-2025, 23:30 0 dəfə baxılıb

 "Trabzonspor" "Fənərbağça" və "Qalatasaray"la oynayacaqları matçları Slavko Vinçiçin idarə etməsini istədiklərini açıqlayıb.

Bizimlider "Ntvspor"a istinadən xəbər verir ki, klub rəsmiləri ədalətli oyun prinsipləri üçün Slavko Vinçiçin idarəçiliyini tələb ediblər.

"Biz ədalət üçün bərabərlik istəyirik!

Futbolun ədalətini qorumaq, rəqabətin bərabər və ədalətli şəraitdə həyata keçirilməsini təmin etmək, idmanın ruhuna uyğun olaraq meydanda səylərin mükafatlandırılmasını təmin etmək, bütün maraqlı tərəflərin ümumi məsuliyyətidir.

Bu çərçivədə kritik matçların nəticəsinə birbaşa təsir edə biləcək səhvlərin qarşısını almaq üçün "Fənərbağça" ilə səfər matçlarında və "Qalatasaray"la ev matçlarında təcrübəli və ən əsası ədalətli idarəçilik nümayiş etdirəcəyinə inandığımız Slavko Vinçiçin idarəçiliyini tələb edirik.

Türkiyə Futbol Federasiyasını futbolun ədalətli idarə olunması üçün lazımi addımları atmağa və bu kritik qarşılaşmaların idmanın ruhuna uyğun idarə olunması üçün məsuliyyət daşımağa dəvət edirik", - deyə "qaradənizlilər"in bəyanatında deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031