bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanda sabiq nazirin oğlu SAXLANILDI

26-02-2025, 22:30 0 dəfə baxılıb

 İrəvanda polis əməkdaşları sabiq deputat, Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyanın oğlu David Manukyanı saxlayıblar.

Bizimlider Ermənistan KİV-ə istinadən xəbər verir ki, iki avtomobildə (Rusiya dövlət nömrə nişanlı "Mercedes" və "Toyota") olan vətəndaşların üzərində silah olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları sözügedən ünvana gedərək, həmin avtomobillərin sürücülərini və sərnişinləri saxlayıblar.

Yaşları 35-56 arasında olan yeddi nəfər polis şöbəsinə aparılıb. 36 yaşlı Denis Nequlyayevin üzərindən "İJ" markalı tapança və səkkiz patron, "ÇeZet" markalı tapançanın patron darağı, doqquz patron və qatlanan bıçaq aşkar edilib.

D.Nequlyayevin sözlərinə görə, bıçaq digər saxlanılan şəxsə - 40 yaşlı David Manukyana məxsusdur.

Qeyd edək ki, Andranik Manukyan vaxtilə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində də çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031