Zelenski Trampla təkrar görüşün şərtlərini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski real problemləri həll etmək üçün dəvət ediləcəyi təqdirdə ABŞ lideri Donald Trampla görüşməyə hazır olduğunu bəyan edib.
Bizimlider-in xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi yazıb.
"Biz bərabərhüquqlu dialoqa layiqik... Əgər ABŞ prezidenti konstruktiv dialoqa, real problemlərin həllinə, ciddi məsələlərə və real, qətiyyətli hərəkətlərə və cavablara dəvət edərsə, mən gələcəyəm", - deyə Zelenski bildirib.
O, ABŞ ilə konstruktiv münasibətlərin istənilən formatına hazır olduğunu vurğulayıb.