bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyəli aktrisa "44" bədii filmindən video paylaşıb

3-03-2025, 13:30 1 dəfə baxılıb

 Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan "44" adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.

Bizimlider xəbər verir ki, "44" bədii filminin baş qəhrəmanı türkiyəli aktrisa Özge Gürel "Instagram" hesabından ekran əsərinin Gəncə şəhərində baş tutan çəkilişlərinin kadrarxası görüntülərini paylaşıb.

Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar.

Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.

Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.

Qeyd edək ki, Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çəkiliş aparılan ərazidə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031