bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada ayıları qırmaq istəyirlər

3-10-2019, 11:05 229 dəfə baxılıb

Rusiyada ayıları qırmaq istəyirlər
Rusiyanın Kamçatka vilayətində bir sıra ictimaiyyət nümayəndəsi ayıların qırılması ilə bağlı təşəbbüslə çıxış edib. Meşə təsərrüfatı agentliyindən dəstək alan bəzi fəallar “Kronotsk dövlət qoruğu” qarşısında 500 ayının öldürülməsi məsələsini qaldırıb.

Bizimyol.info xəbər verir ki, qoruğun direktor müavini Vladimir Xalmanov çox çətin vəziyyətdə qaldıqlarını bildirib. O, ilk dəfə belə təşəbbüslə qarşılaşdıqlarını deyir.

“Hələ yadıma gəlmir ki, nə vaxtsa belə tələblə üzləşək. Fəallar onu əsas gətirir ki, guya ayılar insanlar üçün təhlükə yaradır. Amma bizim qoruğun ərazisindəki ayılar heç kimə zərər yetirmir. Burada vəhşi heyvanlar üçün yetərincə balıq var. Heyvanların qoruğun ərazisini tərk etməyə ehtiyacı yoxdur”, - qoruq nümayəndəsi söyləyib.

Xalmanov eyni zamanda etiraf edib ki, qoruğun ərazisində ayıların sayı nəzərdə tutulandan iki dəfə çoxdur. Daha çox bu müstəvidə fəalların tələbi anlaşılandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031